Azərbaycan Qran-prisində sıralama turunu Lekler qazandı

5 İyun 2021 19:20 Digər növlər 523
Azərbaycan Qran-prisində sıralama turunu Lekler qazandı

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi məlum olub.

Sportinfo.az xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə ikinci olub. Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.

Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq.

Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!