"Formula 2": Sıralama turunun qalibi bəlli oldu

4 İyun 2021 18:40 Digər növlər 964
"Formula 2": Sıralama turunun qalibi bəlli oldu

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

Sportinfo.az xəbər verir ki, "Hitech Grand Prix" komandasından Liam Louson bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Onun komanda yoldaşı Yuri Vips ikinci, "Prema Racing"də Oskar Piastri üçüncü yeri tutub.

Səhər saatlarında keçirilmiş sərbəst yürüşü Yuri Vips qazanıb.

İyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"