"Hər şeyə yenidən, yeni güclə başlayacam - bu, güc və səbr tələb edir"

9 May 2021 18:00 Digər növlər 857
"Hər şeyə yenidən, yeni güclə başlayacam - bu, güc və səbr tələb edir"

"Dünənki çıxışım daha yaxşı alındı. Ümumi götürsək, performansımdan da razıyam. Amma daha yaxşı ola bilərdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Rusiya bədii gimnastı Darya Trubnikova Bakıda keçirilən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.

18 yaşlı idmançı bildirib ki, bugünkü çıxışı zamanı ona heç nə mane olmayıb: "Hər şey qaydasında, rahat idi. Sadəcə, lentlə hərəkətlərdə bir elementi düzgün yerinə yetirə bilmədim. Ona görə belə alındı".

3 il əvvəl də Bakıda olduğunu xatırladan Trubnikova Azərbaycan paytaxtında gimnastlar üçün yaradılan şəraitdən razılıq ifadə edib:

"Hər şey inanılmazdır. Təşkilatçılıq yüksək səviyyədədir. Milli Gimnastika Arenası isə çox gözəldir".

O, pandemiya şəraitində keçirilən yarışlara öyrəşdiyini söyləyib: "Turnirlər zamanı, xüsusilə Bakıdakı yarışlarda hər zaman çılğın azarkeşlər olub.

Amma indi nəinki burada, bütün dünyadakı vəziyyət bizi azarkeşsiz çıxış etməyə məcbur edir. Təşkilatçılar əllərindən gələni edirlər ki, idmançlılar çətinlik çəkməsinlər".

Finala vəsiqəni təmin edən idmançı sabah da uğurla çıxış edəcəyinə inandığını vurğulayıb: "Hər şeyə yenidən, yeni güclə başlayacağam. Mübarizə güc və səbr tələb edir. İnanıram ki, nəticə yaxşı olacaq".

Darya Trubnikova Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və gənclər arasında Avropa çempionatının ikiqat qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!