Azərbaycan gimnastları Avropa çempionatının finalında

2 May 2021 11:00 Digər növlər 479
Azərbaycan gimnastları Avropa çempionatının finalında

Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatının finalına yüksəliblər.

Sportinfo.az xəbər verir ki, gimnastlarımız yarışların üçüncü günündə gənclər arasında batut üzərində sinxron hərəkətlərdə çıxış ediblər.

Onlar 87,62 xal toplayaraq təsnifat mərhələsində birinci yer tutublar.

23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"