Millimizin dünya birinciliyi üçün heyəti bilindi

10 Aprel 2021 17:20 Digər növlər 461
Millimizin dünya birinciliyi üçün heyəti bilindi

Aprelin 13-də Polşanın Keltse şəhərində start götürəcək boks üzrə gənclər arasında dünya birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığma 11 gün davam edəcək mundialda oğlanların mübarizəsində qüvvəsini sınayacaq.

Komanda səfərə baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 idmançı ilə yollanıb.

Medallar uğrunda Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq), Cəlal Qurbanov (60 kq), Elmir Novruzov (64 kq), Samir Nəsirov (69 kq), Cəfər Heydərli (75 kq), Murad Allahverdiyev (81 kq) və Əsəd Baxışov (91 kq) gücünü yoxlayacaq.

Boksçular yarış öncəsi koronavirus testindən keçib və bütün nəticələr neqativ olub.

Dünya çempionatında 66 ölkədən 487 (160 qız, 327 oğlan) boksçunun iştirakı gözlənilir.

Bu, 3 il əvvəl baş tutan analoji yarışla müqayisədə daha yüksək rəqəmdir. 66 iştirakçı ölkədən Bəhreyn, Banqladeş, Mərkəzi Afrika Respublikası, Konqo DR, İslandiya, Sent-Lüsiya, Syerre-Leone və Esvatini yarışda debüt edəcəklər.

Aprelin 22-də qızların yarışında, ertəsi gün oğlanların mübarizəsində final görüşləri gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti