"Deyəsən, mən kimlərisə çətin vəziyyətə salıram"

28 Mart 2021 17:20 Digər növlər 495
"Deyəsən, mən kimlərisə çətin vəziyyətə salıram"

“Burada arena ilə otel bir yerdədir. Üç buz meydançaya malik qurğudur. Mən yalnız əsas arenada olmuşam”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.

O, dünya çempionatının keçirildiyi İsveçin paytaxtı Stokholmda hökm sürən koronavirus əleyhinə tədbirlərdən danışıb:

“Hamı içəridədir, küçəyə çıxmaq qadağandır. Yalnız 11-ci mərtəbədə balkona çıxmaq olar. Buz meydançasına çıxanda temperatur ölçülür.

Maska ilə sürüşmək lazımdır. Amma metryarımlıq məsafəyə az riayət edirlər. Bu da başadüşüləndir”.

Litvintsev bildirib ki, bütün bunlar motivasiyaya təsir etmir: “Bütün bunlar öncədən gözlənilən idi. Ona görə də öncədən buna köklənmişik.

Başqa otaqlara rahat getmək olar. Hamı ünsiyyətdə, təmasda olur, əllə görüşürlər. Deyəsən, mən kimlərisə çətin vəziyyətə salıram.

Düzünü deyim ki, burada idmançıların yarısını diskvalifikasiya etməlidirlər. Amma belə də olmaz ki, bütün zaman məsafəyə əmək edəsən. Bu, cəfəngiyatdır. Lakin hamı maskada gəzir”.

Digər Xəbərlər
Xəbər Lenti