Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı - FOTOLAR

28 Mart 2021 00:20 Digər növlər 961
Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı - FOTOLAR

Azərbaycanın qrup hərəkətləri üzrə komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən bədii gimnastikanın üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu nailiyyətə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət kollektiv imza atıb.

Onlar beş topla hərəkətlərdə 37,450 bal, üç halqa və iki gürzlə hərəkətlərdə 33,500 bal, ümumilikdə isə 70,950 xal toplayıblar.

Bolqarıstan qızıl, Yaponiya isə bürünc medala sahib olub. Azərbaycan komandası martın 28-də ayrı-ayrı finallarda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!