Azərbaycanlı üzgüçü Olimpiya lisenziyası qazandı

23 Mart 2021 15:00 Digər növlər 542
Azərbaycanlı üzgüçü Olimpiya lisenziyası qazandı

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarına milli komandamız adına növbəti lisenziyanı qazandırıb.

Sportinfo az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Üzgüçülük üzrə Milli komandasının baş məçqçisi Rəşad Əbdürrəhmanov verib.

Onun sözlərinə görə 19-21 mart 2021 ci il tarixlərdə Turkiyənin İstanbul şəhərində 7 ölkənin iştirakı ilə keçirilən üzgücülük üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli Beynəlxalq yarışda Azərbaycan Millisi 8 idmançı ilə iştirak edib. Yarışın ilk günündə millimizin üzgüçüsü Ramil Vəlizadə 200 m batterflyay üsulunda 1.59.75 nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq Tokio 2021 Yay Olimpiya Oyunlarina B lisenziyasi qazanıb. Digər idmançımız Şeixalızadəhanqah Məryəm 100 m batterflyay üsulunda A finalına vəsiqə qazanaraq finalda gümüş medal, 50 m batterflyay üsulunda isə A finalına vəsiqə qazanaraq finalda bürünc medala layiq görülüb.

Baş məçqçi onu da əlavə edib ki, üzgüçülük üzrə millimizin ən gənc idmançılarından biri olan Əbdurrəhman Rüstəmov isə bu yarışda 200 m batterflyay üsulunda (2.09.59) öz nəticəsini yaxşılaşdıraraq İdman Ustası normativini doldurub, digər idmançılarımız isə öz şəxsi nəticələrini yaxşılaşdırmaqla vətənə dönüblər. “Türkiyədə keçirilən bu beynəlxalq turnirdə Ramil Vəlizadə, Məryəm Şeixalızadəhanqah və digər millimizin üzvlərinin yüksək nəticə göstərməsi bu il Türkiyədə keçiriləcək İslam Həmrəylik Oyunlarında komandamızın medallar qazanacağına böyük ümidlər yaradır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin də bizim federasiyanın dəstəyi ilə məşqçilərimizin səyi nəticəsində son 1 ayda millimiz nəticə etibarı ilə 4 İdman Ustasi dərəcələri və Tokio 2021 Yay Olimpiya Oyunlarına B lisenziyasi qazanıb. Bu da öz növbəsində Azərbaycan üzgüçülük tarixində yeni bir rekord göstəricidir” - deyə Rəşad Əbdürrəhmanov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!