Azərbaycana kəmər gətirən: “Onu müdafiə etməyimə məşqçi qərar verəcək” - VİDEO

20 Mart 2021 21:00 Digər növlər 606
Azərbaycana kəmər gətirən: “Onu müdafiə etməyimə məşqçi qərar verəcək” - VİDEO

Bu gün Bakı Olimpiya Stadionunda azərbaycanlı MMA idmançıları – Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov və Tural Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Mehman Məmmədov bu ay Moldovanın paytaxtı Kişinyovda qazandığı “Eagles” kəmərindən danışıb.

O bildirib ki, kəməri müdafiə etmək üçün bu təşkilatda qalıb-qalmayacağına məşqçi Ruslan Əfəndiyev qərar verəcək.

Tofiq Musayevlə Vüqar Kərəmov isə mayın 23-də “Rizin”də döyüşlərinin olacağını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti