Tanınmış azərbaycanlı idmançıdan gözlənilməz addım: “GEDƏCƏM”

18 Mart 2021 23:00 Digər növlər 736
Tanınmış azərbaycanlı idmançıdan gözlənilməz addım: “GEDƏCƏM”

“Yarışlarım yaxınlaşır, bir-iki döyüşdə iştirak edib idmandan gedəcəm.

37 yaşım var, aktyorluq sahəsində fəaliyyətimi davam etdirmək istəyirəm, Jan-Klod Van Damm kimi...

O, döyüşçü deyildi, amma filmləri gözəl idi. Mən də bu sahədə davam etmək istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançı Zabit Səmədov rol aldığı “Kuruluş Osman”ı ərsəyə gətirən “Bozdağ Film” şirkətinin yutub hesabında sualları cavablandırarkən bildirib.

O, serialın baş qəhrəmanı Burak Özçivitlə münasibətlərindən də söhbət açıb, çəkilişlərdən kənar tez-tez görüşdüyünü söyləyib:

“Serial heyəti ilə bir-birimizi yaxşı başa düşürük. Osman bəy rolunu canlandıran Burak Özçivitlə dostluq edirik.

Bəzən çəkilişdən kənar da görüşürük. Hətta bir dəfə parkda mən, Burak Özçivit və Çağrı Şensoy gəzirdik. Bir nəfər bizə yaxınlaşıb dedi ki, real həyatda da ayrılmırsınız”.

Digər Xəbərlər
Xəbər Lenti