Dünya Kuboku: Azərbaycan sablyaçıları əsas mərhələdə iştirak etdi

14 Mart 2021 00:28 Digər növlər 1 108
Dünya Kuboku: Azərbaycan sablyaçıları əsas mərhələdə iştirak etdi

Azərbaycan sablyaçıları Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Kubokunda kişi və qadınların şəxsi yarışında əsas mərhələyə başlayıblar.

Sportinfo.az xəbər verir ki, Anna Başta 1/32 finalda yerli idmançı Kira Keszeylə üz-üzə gəlib. Rəqibinə 15:4 hesabı ilə qalib gələn azərbaycanlı qılıncoynadan 1/16 finalda fransalı Brunet Manona 6:15 hesabı ilə uduzub.

Digər sablyaçı Valeriya Bolşakov 1/32 finalda Rusiya təmsilçisi Olqa Nikitinaya 6:15 hesabı ilə məğlub olub.

Azərbaycan Dünya Kubokunda 4 idmançı ilə təmsil olunub. Digər iki idmançı əsas mərhələyə vəsiqə qazana bilməyib. Martın 14-də Azərbaycan millisi komanda yarışında qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!