Adil Əliyev həbsdən çıxan dünya çempionuna VƏZİFƏ VERDİ - FOTO

9 Mart 2021 10:40 Digər növlər 3 694
Adil Əliyev həbsdən çıxan dünya çempionuna VƏZİFƏ VERDİ - FOTO

Qaynatasını döydüyü üçün 2019-cu ildə həbs olunan və bir müddət əvvəl azadlığa çıxan Ehram Məcidova vəzifə verilib.

Sportinfo.az xəbər verir ki, 5 qat dünya çempionu kikboks federasiyasında I vitse-prezident təyin olunub.

Bir neçə gün öncə E.Məcidov Azərbaycan Kikboks Federasiyasının sədri Adil Əliyevlə görüşüb.

Məcidov xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 1979-cu il təvəllüdlü idmançı qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinirdi.
Prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Məlumat üçün bildirək ki, Orxan Əliyev AKF-nin prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədridir.

Digər Xəbərlər
Xəbər Lenti