Azərbaycandan dəvət gözləyir - Tərəddüd etmədən razılaşar

17 Fevral 2021 09:20 Digər növlər 1 610
Azərbaycandan dəvət gözləyir - Tərəddüd etmədən razılaşar

Rusiyanın əslən azərbaycanlı fiqurlu konkisürəni Dmitri Əliyev Azərbaycandan dəvət gözləyir.

Sportinfo.az xəbər verir ki, bu barədə 22 yaşlı idmançı "Moskva-Baku" portalına açıqlamasında bildirib.

Əliyev bildirib ki, Bakıda fiqurlu konkisürmə üzrə master-klass keçirməyi təklif etsələr, tərəddüd etmədən razılaşar:

"Vaxt uyğun gəlsə və belə imkan yaransa, əlbəttə, Bakıya məmnuniyyətlə yollanacaq, təcrübəmi hamı ilə bölüşəcəyəm.

Öz qrupumda balaca fiqurlu konkisürənlərə kömək edir, tullanma hərəkətini ən yaxşı formada yerinə yetirmələrinə dair məsləhət verirəm. Təcrübəmi bölüşmək və kömək etmək mənə xoşdur".

Dmitri Əliyev 2020-ci ildə Avstriyanın Qrats şəhərində keçirilmiş Avropa çempionatında fərdi proqramda qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti