Rəcəbovdan gözlənilməz açıqlama: "Özümü xoşbəxt hiss etmirəm"

11 Fevral 2021 09:20 Digər növlər 942
Rəcəbovdan gözlənilməz açıqlama: "Özümü xoşbəxt hiss etmirəm"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında Aniş Girini (Niderland) mübarizədən kənarlaşdırdıqdan sonra yarışın rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, qrossmeysterimiz qələbəyə görə özünü xoşbəxt hiss etmədiyini bildirib:

"Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm. Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".

Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ şahmatçısı Uesli So ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!