Azərbaycanda tanınmış idman adamına nazirlikdə yeni vəzifə verdilər - FOTO

10 Fevral 2021 11:00 Digər növlər 953
Azərbaycanda tanınmış idman adamına nazirlikdə yeni vəzifə verdilər - FOTO

Sportinfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Seçkinin təşkili məqsədilə Nazirlikdə doqquz nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından beş üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.

Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.

Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq ictimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:

S/n

S.A.A

Təmsil etdiyi vətəndaş cəmiyyəti, vəzifəsi

Həsənov Məmmədhəsən Murad oğlu

“Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri

Mirzəyev Umud Rəhim oğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

Həsənli Emin Əliyar oğlu

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri

Rəhimova Məhluqə Gülməmməd qızı

“Əlil Qadınlar Cəmiyyəti” İB-nın sədri

Qasımov Rey Kərim oğlu

“Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü

Məmmədov Sahib Məlik oğlu

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri

Alızadə Sevinc Əsgərxan qızı

“Zəfər” Şəhid Ailələrinə Dəstək” İB-nın sədri

Həsənov Mirhəsən Yusif oğlu

”Çernobıl Əlilləri İttifaqı” İB-nın sədri

Rzaquliyev Füzuli Ədəb oğlu

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nın sədri

Əliyev Mayis Nəbi oğlu

”Sosial Hüquqların Araşdırılması” İB-nın sədri

Mahmudova Ramilə Rasim qızı

“İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İB-nın sədri

Abışova Vüsalə Mahir qızı

“Azəri Press” Agentliyinin (APA) baş direktoru

Zəkiyev İlham Əzizağa oğlu

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti

İsmayılova Nailə İsgəndər qızı

“Yeni Həyat Humanitar və Sosial Dayaq” İB-nın sədri

Məmmədov Elşad Yaqub oğlu

“Ümman” Əlilliyi olan uşaqlara Qayğı” İB-nın icraçı direktoru




Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı