Azərbaycan millisinin məşqçisi Misirdə işləyəcək - FOTO

5 Fevral 2021 16:40 Digər növlər 1 186
Azərbaycan millisinin məşqçisi Misirdə işləyəcək - FOTO

Bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Jalə Qaratova karyerasını ölkə xaricində davam etdirəcək.

Sportinffo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı mütəxəssis Misir Gimnastika Federasiyası ilə müqavilə imzalayıb.

Sözləşməyə əsasən, Qaratova bu ölkənin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını bu il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşdıracaq.

J.Qaratova 2009 - 2013-cü illərdə bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü olub. O, idmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışıb.

Onun yetirmələri Avropa çempionatının mükafatçıları olub və dünya çempionatının finalına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti