Təxirə salınan Dünya Kuboku Bakıda bu tarixdə keçiriləcək

31 Yanvar 2021 01:10 Digər növlər 616
Təxirə salınan Dünya Kuboku Bakıda bu tarixdə keçiriləcək

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda koronavius pandemiyasına görə ləğv olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun yeni tarixini açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnir bu il 18 - 21 noyabrda təşkil ediləcək.

Azərbaycan paytaxtında yaş qrupları üzrə yarış isə 26 - 29 noyabrda baş tutacaq.

Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku bu il 13 - 14 fevralda keçirilməli idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda