Dörd gimnastımız “Fəxri İdman ustası” adına layiq görülüb

17 Yanvar 2021 10:40 Digər növlər 559
Dörd  gimnastımız “Fəxri İdman ustası” adına layiq görülüb

İdmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə bədii gimnastikanın 4 nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Abbasova “Fəxri İdman ustası” adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, Siyana Vasileva və Aliyə Paşayeva Avropa Çempionatlarının qrup hərəkətləri komandası tərkibində gümüş (Bakı / Azərbaycan / 2014) və bürünc (Qvadalaxara / İspaniya / 2018) mükafatçıları olmuşlar. Aliyə Paşayeva həmçinin 2019-cu ildə Bakıda keçirilən Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının tərkibinə daxil olmuşdur.

Gənclər arasında Avropa Çempionatının gümüş mükafatçısı olmuş Səbinə Abbasova (Hacıyeva), 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında artıq böyüklər proqramında (3 top və 2 lent) gümüş medalını təsdiqləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!