Azərbaycan millisinin üzvü Olimpiya çempionunun akademiyasını tərk etdi

13 Dekabr 2020 20:00 Digər növlər 407
Azərbaycan millisinin üzvü Olimpiya çempionunun akademiyasını tərk etdi

Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun akademiyasını tərk edib.

Sportinfo.az xəbər verir ki, “Plyşenkonun mələkləri”ndən ayrıldığını idmançının özü instaqram səhifəsində açıqlayıb.

Ryabova bundan sonra ilk məşqçisi olmuş atası Aleksey Ryabovun rəhbərliyi altında çalışacaq. 2018/19 mövsümündən Azərbaycan yığmasının şərəfini qoruyan Yekaterina bu addımının səbəbini açıqlamayıb.

Ryabova Avropa çempionatlarında 2019-cu ildə 12-ci, 2020-ci ildə 6-cı yeri tutub. O, Yeniyetmələrin Olimpiya Oyunlarında 8-ci, yeniyetmələrin dünya çempionatında 10-cu olub.

Digər Xəbərlər
Xəbər Lenti