Azərbaycan gimnastları Polşada gümüş və bürünc medallar qazandı

13 Dekabr 2020 12:00 Digər növlər 451
Azərbaycan gimnastları Polşada gümüş və bürünc medallar qazandı

Polşanın paytaxtı Varşava şəhərində “Irina Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar.

Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti