Azərbaycanlı gimnast bacı-qardaşdan böyük uğur!

7 Dekabr 2020 14:40 Digər növlər 444
Azərbaycanlı gimnast bacı-qardaşdan böyük uğur!

Niderlandda batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open" yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni 13-14 yaşlı gimnastlar arasında Maqsud Mahsudov göstərib.

O, fərdi batut yarışlarında 95.060 xalla 1-ci yerə layiq görülüb.

Mahsudovla eyni yaş qrupundakı Hüseyn Abbasov isə 94.450 xalla 2-ci olub. Böyüklər arasında ölkəni Selcan Mahsudova təmsil edib. İcra etdiyi proqrama görə 101.450 xal alan gimnast 2-ci yeri tutub.

1-ci və 3-cü yerlərə isə Almaniyadan olan gimnastlar yiyələnib.

Selcan və Maqsud Mahsudovlar bacı-qardaşdır.

Digər Xəbərlər
Xəbər Lenti