Oruc Vəlizadə Avropa kubokunda gümüş medal qazandı

2 Fevral 2020 14:50 Cüdo 648
Oruc Vəlizadə Avropa kubokunda gümüş medal qazandı

Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, finala qədər bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb.

Həlledici görüşdən məğlub ayrılan cüdoçumuz qitə kuboku yarışında 2-ci yeri tutub. 30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirdə 14 cüdoçumuz iştirak edir. Yarışa bu gün yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"