Cüdoçumuz bürünc medal şansını əldən verdi

18 Oktyabr 2019 22:00 Cüdo 724
Cüdoçumuz bürünc medal şansını əldən verdi

Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatının 3-cü günü milli komandamız üçün uğursuz olub. Sportinfo.az xəbər verir ki, bu gün tatami üzərinə çıxan hər iki təmsilçimiz 81 kq çəki dərəcəsində mübarizə aparıb.

Onlardan Cahangir Məcidov elə ilk görüşdə türkiyəli Məhəmməd Koça uduzaraq mübarizəni dayandırıb. Murad Fətiyevin dünya çempionatında çıxışı isə daha uzun sürüb və hətta onun medal qazanmaq şansı da olub.

Fətiyev ilk görüşdə slovakiyalı Aleks Barto, daha sonra macarıstanlı Benedek Toth və koreyalı Sangjun Lini məğlub edib. Lakin 1\4 finalda Murad gürcüstanlı Vladimir Axalkatsi ilə bacarmayıb. Təsəlliverici görüşdə portuqaliyalı Damian Troianşı məğlub edən Fətiyev 3-cü yer uğrunda mübarizədə gürcüstanlı Tato Qriqalaşviliyə uduzub və bununla da bürünc medal qazanmaq imkanını əldən verib.

Xatırladaq ki, dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev isə (66 kq) bürünc medal qazanıblar. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatı oktyabrın 19-da yekunlaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti