Azərbaycan DÇ-də 12-ci oldu

10 Oktyabr 2021 18:40 Cüdo 428
Azərbaycan DÇ-də 12-ci oldu

İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, mundiala 8 cüdoçu qatılan millimizin cəçmi 2 üzvü çıxışını medalla başa vura bilib.

Oğlanların 60 kq çəki dərəcəsində Turan Bayramov gümüş, 81 kq-da yarışan Elcan Hacıyev bürünc mükafata sahib çıxıb.

Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci olub. Oğlanların sıralamasında isə yığmamız 7-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti