Son dəqiqə qolları ilə “Mançester Yunayted”i məğlub etdilər - VİDEO

4 Sentyabr 2023 10:20 İngiltərə 958
Son dəqiqə qolları ilə “Mançester Yunayted”i məğlub etdilər - VİDEO

İngiltərə Premyer Liqasının IV turunun mərkəzi oyununda “Arsenal” “Mançester Yunayted”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 27-ci dəqiqədə “qırmızı şeytanlar”ın heyətində Markus Reşford açıb. Lakin bir dəqiqə sonra Martin Odegard hesabda tarazlıq yaradıb.

90+6-cı dəqiqədə Deklan Rays “topçular”ı önə keçirib. 90+11-ci dəqiqədə isə Qabriel Jesus matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra “Arsenal” 10 xalla beşinci, “Mançester Yunayted” altı xalla 11-cidir.

Digər Xəbərlər
Xəbər Lenti