“Yaxın gələcəkdə bu futbolçularla bağlı danışıqlara başlayacağıq”

10 Dekabr 2023 13:10 İspaniya 925
“Yaxın gələcəkdə bu futbolçularla bağlı danışıqlara başlayacağıq”

“Barselona” müdafiəçisi Joao Kanselo və hücumçusu Joao Feliksi cari mövsümün sonunda icarə müqavilələri başa çatdıqdan sonra komandada saxlamaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Xuan Laporta danışıb:

“Kanselo və Feliks bizə qoşulandan bəri yüksək səviyyədə oynayırlar. Klub onları növbəti mövsümlərdə də komandada saxlamağı planlaşdırır.

Yaxın gələcəkdə bu oyunçularla bağlı danışıqlara başlayacağıq. Çünki bizim həm “Mançester Siti”, həm də “Atletiko” ilə yaxşı münasibətlərimiz var”.

Daha əvvəl mətbuatda “Barselona”nın Kanselo üçün 15 milyon avrodan çox pul ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"