Bombardirlər siyahısında 4-cü yerə yüksəldi - ÇL-də

10 Avqust 2020 09:56 Çempionlar Liqası 933
Bombardirlər siyahısında 4-cü yerə yüksəldi - ÇL-də

“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Çelsi”ni məğlub edib - 4:1.

Sportinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada bir qol vuran “Bavariya”lı Robert Levandovski turnirin bombardirləri siyahısında 4-cü yerə yüksəlib.

Levandovski Çempionlar Liqasında vurduğu qollarının sayını 66-ya çatdıraraq, “Real”ın hücumçusu Kərim Benzemanı (65) geridə qoyub və 4-cü sıraya qalxıb.

Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu “Yuventus”un hücumçusu Kriştiano Ronaldodur. Portuqaliyalı futbolçunun aktivində 130 qol var. İkinci sırada “Barselona”lı Lionel Messi (115), üçüncü isə “Real”ın sabiq futbolçusu Raul Qonsalesdir (71).

Digər Xəbərlər
Xəbər Lenti