"Ronaldonun qol vurmasını istəyirdim"

27 Noyabr 2019 14:30 Çempionlar Liqası 640
"Ronaldonun qol vurmasını istəyirdim"

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının beşinci turunda "Atletiko"ya qalib gəldikləri oyundan sonra danışıb. Sportinfo.az xəbər verir ki, o, münasibətlərinin yaxşı olmadığı deyilən Kriştiano Ronaldo barədə də fikirlərini bildirib:

"Biz bu oyunda çox güc sərf etdik. Çempionlar Liqası oyunlarında belə olur. Hər şey istədiyimiz kimi alındı, sadəcə çətin idi. İlk yarıda yaxşı oynasaq da, ikinci hissədəki oyunumuza əsəbləşdim. Çünki futbolçular asanlıqla top itirirdi.

Kriştiano bütün oyunu meydanda oldu. Çünki mən onun qol vurmasını, motivasiyasının yüksəlməsini istəyirdim. Fikrimcə, onun fiziki durumu daha da yaxşılaşmaq üzrədir. Dizindəki zədədən sonra özünü necə hiss etdiyini bu gün görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti