"Qalatasaray" sensasiya axtarışında, "başsız" "Bavariya" yunanlara qarşı - YENİLƏNİR

6 Noyabr 2019 10:50 Çempionlar Liqası 495
"Qalatasaray" sensasiya axtarışında, "başsız" "Bavariya" yunanlara qarşı - YENİLƏNİR

Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunları davam edir. Sportinfo.az xəbər verir ki, bu gün daha 8 görüş keçiriləcək.

Gecənin maraqla gözlənilən matçlarından biri Madriddə olacaq. Ötən tur evdə "Real"a minimal hesabla uduzan "Qalatasaray" şanslarını saxlamaq üçün bu gün "Santyaqo Bernabeu"da sensasiya axtarışında olacaq. Qrupun digər oyununda isə PSJ evdə "Brügge"ni sınağa çəkəcək.

B qrupunpa baş məşqçisiz "Bavariya"a Münhendə "Olimpiakos"la münasibətlərinə aydınlıq gətirəcək. Almaniya çempionu qələbə qazanacağı təqdirdə digər görüşün nəticəsindən asılı olmayaraq, pley-off-a vəsiqəni təmin edəcək. Qrupda 2-ci pilləyə iddialı "Tottenhem" isə səfərdə "Srvena Zvezda"ya qonaq olacaq.

C qrupunda "Mançester Siti" növbəti mərhələnin bir addımlığındadır. İtaliyada xalsız "Atalanta" önünə çıxacaq "şəhərlilər" qalib gəlib, qrupdan çıxmaq missiyasını vaxtın əvvəl yerinə yetirə bilər. Bu qrupda keçiriləcək "Dinamo" (Zaqreb) - "Şaxtyor" (Donetsk) görüşü isə 2-ci yer uğrunda mübarizə baxımından prinsipiallıq daşıyır.

D qrupunda bu gün keçiriləcək oyunlar da gərgin mübarizə vəd edir. Qrupun ilk görüşündə pley-off şanslarını saxlayan "Lokomotiv" Moskvada "Yuventus"u qəbul edəcək. Ötən tur səfərdə liderə çətin anlar yaşadan Yuri Syominin komandası evdə İtaliya nəhəngindən xal və ya xallar almağa çalışacaq. Qrupun digər matçında isə autsayder "Bayer" evdə "Atletiko" ilə qarşılaşacaq.

Çempionlar Liqası, qrup mərhələsi, IV tur

6 noyabr

A qrupu

00:00. PSJ (Fransa) – “Brügge” (Belçika)
Baş hakim:

00:00. “Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə)
Baş hakim: Feliks Zvayer (Almaniya)

1 PSJ 3 3 0 0 9-0 9
2 Real 3 1 1 1 3-5 4
3 Brügge 3 0 2 1 2-7 2
4 Qalatasaray 3 0 1 2 0-2 1

B qrupu

21:55. “Bavariya” (Almaniya) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim:
Pavel Raçkovski (Polşa)

00:00. “Srvena Zvezda” (Serbiya) – “Tottenhem” (İngiltərə)
Baş hakim:
Karlos Del Serro Qrande (İspaniya)

1 Bavariya 3 3 0 0 13-4 9
2 Tottenhem 3 1 1 1 9-9 4
3 Srvena Zvezda 3 1 0 2 3-9 3
4 Olimpiakos 3 0 1 2 5-8 1

C qrupu

00:00. “Atalanta” (İtaliya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim:
Aleksey Kulbakov (Belarus)

00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim:
Feliks Brix (Almaniya)

1 Mançester Siti 3 3 0 0 10-1 9
2 Dinamo (Zaqreb) 3 1 1 1 6-4 4
3 Şaxtyor (Donetsk) 3 1 1 1 4-6 4
4 Atalanta 3 0 0 3 2-11 0

D qrupu

21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya)
Baş hakim:
Rudi Buke (Fransa)

00:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim:
Damir Skomina (Sloveniya)

1 Yuventus 3 2 1 0 7-3 7
2 Atletiko 3 2 1 0 5-2 7
3 Lokomotiv (Moskva) 3 1 0 2 3-5 3
4 Bayer 3 0 0 3 1-6 0
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!