Əsas şəxs içəri girdi, ətrafı səs-küy bürüdü, sevindirdi, hamıya bildirdi ki...

17 Fevral 14:40 Araz-Naxçıvan 2 488
Əsas şəxs içəri girdi, ətrafı səs-küy bürüdü, sevindirdi, hamıya bildirdi ki...

“Araz-Naxçıvan” yeni ildə ilk qələbəsinə sevindi.

Azər Bağırovun rəhbərlik etdiyi kollektiv “Kəpəz” və “Qəbələ” məğlubiyyətlərinin ardınca “Neftçi”liləri meydanı başıaşağı tərk etməyə məcbur etdi.

Oyun başa çatandan sonra naxçıvanlıların düşərgəsindəki ab-havanı görməyə dəyərdi. Məşqçi və futbolçu heyətinin üzləri gülür, rəsmilər bir-birini təbrik edirdi.

Klubun qeyri-rəsmi idarəçisi Zaur Axundovun paltardəyişmə otağına daxil olması isə alovun üzərinə tökülən yanacaq effekti verdi. Əhvalı yerində olan futbolçuların coşqusu bir az da artdı.

Axundovun təbrik mesajının ardınca mükafat söz verməsi ilə yüksələn alqış və fit səsləri dəhlizə qədər uzandı.

Miço Kuzmanoviç “Neftçi” üzərindəki qələbənin mükafatının hansı məbləğdə olacağı ilə bağlı sualımıza qısa cavab verdi:

“Dedi, müəyyən məbləğdə mükafat olacaq. Amma məbləği açıqlamadı, açığı. İnanıram ki, “müəyyən məbləğ” yaxşı olacaq (gülür)”.

“Araz-Naxçıvan” bu qələbədən sonra xalların sayını 30-a çatdıraraq “Səbail”lə 5-6-cı pillələri bölüşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti