Millimizdən UEFA-ya onlara şikayət edibmiş… HADİSƏNİN TƏFƏRRÜATI

24 Yanvar 09:40 Futzal 1 111
Millimizdən UEFA-ya onlara şikayət edibmiş… HADİSƏNİN TƏFƏRRÜATI

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv etməsinin və millimizə texniki məğlubiyyət (0:5) verməsinin səbəbi müəyyənləşib.

Bu, yığmamızın heyətində meydana çıxmaq icazəsi olmayan 2 futzalçıdan istifadə edilməsiylə bağlıdır.

Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunsa da, konkret ad göstərilməyib. Amma söhbət həmin qarşılaşmada çıxış edən braziliyalılar Amadeu və ya Rafael Vileladan gedir.

Yığmamızın yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniyaya tətbiq olunub.

Belə ki, Niderlandın şikayəti əsasında analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi onların Rumıniya ilə oyunlarının nəticəsini ləğv edib. Hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) verilib.

Millimizin UEFA tərəfindən cəzalandırılmasının səbəbkarı da elə rumınlardır.

Şərqi avropalılar 5: 5 bitən qarşılaşmadan sonra quruma məktub yazaraq, yığmamızın formasını geyinən braziliyalı legionerlər barədə hüquqi ölçü götürülməsini istəyib.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı