"Qəbələ" Kiprdən bərabərliklə dönür

2 Oktyabr 2019 20:00 Çempionlar Liqası 988
"Qəbələ" Kiprdən bərabərliklə dönür

Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. Sportinfo.az-ın məlumatına görə, Çempionlar Liqası turnirində çıxış edən “Qəbələ" I mərhələnin ilk oyununda Kiprdə yerli APOEL klubu ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Cavab oyunu oktyabrın 23-də Qəbələdə keçiriləcək.

UEFA Gənclər Liqası. Çempionlar yolu. 1/16 final. ilk oyun

2 oktyabr

18:00. APOEL - “Qəbələ” 1:1

Qollar: Qavriel, 48 - Təbriz İsazadə, 9.

Hakimlər: Furkat Atajanov, Denis Labaşyov, Sergey Kalaçyov (hamısı Qazaxıstan).

Dördüncü hakim: Kiriakos Xristodulu (Kipr)

UEFA nümayəndəsi: Vasko Doyçinovski (Makedoniya)

Hakim-inspektor: Xristos Nikolaidis (Kipr)

Nikosiya. “Makarion” stadionu.

APOEL: Georgios, Pitsillides, Vrontis, Kazakeos, Satsias, Haciyanis, Demetriu, Qavriel, Hacipanayotu, Teodosiu, Kaloqiru.

"Qəbələ": Müşfiq Nadirov, 2. Rüstəm Nuruyev (k), 3. Rüfət Əhmədov, 4. Vüsal Məsimov, 5. İdris İnqilablı, 7. Nicat Oruclu, 8. Veysəl Rzayev, 9. Əli Mursalov, 10. Təbriz İsazadə, 14. Xəyal Muradov, 17. Məhəmməd Məhərrəmov.

Digər Xəbərlər
Xəbər Lenti