2001-ci ildə “qızıl top” mükafatının sahibi olmuş Maykl Ouen cari mövsüm Çempionlar Liqasında hansı komandanın favorit olduğunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, İngiltərə millisinin keçmiş hücumçusunun fikrincə, "Mançester Siti" bu mövsüm ÇL-də hamıdan güclü olacaq:
"ÇL-in qalibi hansı komanda olacaq? Məncə, “Mançester Siti”. Onların çempion olmaq vaxtıdır. Uzun müddətdir ki, komandanı qurublar, hazırda bu onların üstünlüyüdür. Onlar qalib gəlməyi çox istəyir. “Liverpul” isə İngiltərədə çempion olmaq istəyir”.
Maraqlıdır mki, Maykl Ouenin son iki mövsüm hansı komandaların Çempionlar Liqasının qalibi olacağı ilə bağlı proqnozları düzgün çıxıb.