Qrupa doğru son addım - Çempionlar Liqası

27 Avqust 2019 10:54 Çempionlar Liqası 415
Qrupa doğru son addım - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günün 3 qarşılaşma keçiriləcək. Evdəki matçda "Krasnodar"ı darmadağın edən "Olimpiakos" səfərdə bu üstünlüyünü qoruyub-saxlamağa çalışacaq.

Digər iki matçda isə "Yanq Boyz" Serbiyada "Srvena Zvezda"nın, Zaqreb "Dinamo"su isə Norveçdə "Rusenborq"un qonağı olacaq.

Pley-off-un digər 3 cavab oyunu isə sabah olacaq.

Çempionlar Liqası, pley-off mərhələsi

27 avqust

"Krasnodar" (Rusiya) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 0:4

"Srvena Zvezda" (Serbiya) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 2:2

"Rusenborq" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 0:2

28 avqust

"Ayaks" (Hollandiya) - APOEL (Kipr)

İlk oyun - 0:0

"Brügge" (Belçika) - "LASK Linz" (Avstriya)

İlk oyun - 1:0

"Slaviya" (Praqa, Çexiya) - ÇFR (Rumıniya)

İlk oyun - 1:0

Digər Xəbərlər
Xəbər Lenti