COP29

Çempionlar Liqasının qalibi hansı klub olacaq? - Superkompüter açıqladı

14 Sentyabr 00:00 Çempionlar Liqası 1 080
Çempionlar Liqasının qalibi hansı klub olacaq? - Superkompüter açıqladı

“Opta” superkompüteri “Mançester Siti”nin 2024/2025 Çempionlar Liqasının qalibi olmaq şansının yüksək olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, hesablamara görə, İngiltərə klubu 25,3%-lə turnirin favoritidir.

İkinci yerdə “Real Madrid” qərarlaşıb. “Kral klubu”nun turnirdə qalib olmaq şansı 18,2% qiymətləndirilir. 10,9 %-lə “İnter” ilk üçlükdə yer alıb.

Dördüncü yerdə London “Arsenal”ı (6,3%) qərarlaşıb. Beşinci yerdə isə 5,4%-lə “Bayer Leverkuzen”dir.

Çempionlar Liqasının hazırkı qalibi “Real Madrid”dir. Ötən mövsümün finalında İspaniya klubu Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...