UEFA bu klubun evdə oynamasına qadağa qoydu – Qonşuluqdakı müharibəyə görə

25 İyun 2022 15:40 Çempionlar Liqası 743
UEFA bu klubun evdə oynamasına qadağa qoydu – Qonşuluqdakı müharibəyə görə

UEFA Moldova “Şerif”inə Çempionlar Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə ev oyununu Dnestryanı ərazi hüdudlarında keçirməyi qadağan edib.

Sportinfo.az xəbər verir ki, Tiraspol təmsilçisinə qadağa qüvvədə qalacağı müddətdə rəqiblərini qəbul etmək üçün alternativ stadion tapması təklif olunub.

"Şerif" "Zrinski" ilə iyulun 13-də öz meydanında üz-üzə gəlməlidir.

UEFA belə bir qərarı regiondakı vəziyyətlə əlaqədar qəbul edib. Tiraspol şəhəri müharibənin davam etdiyi Ukrayna ilə sərhəddə yerləşir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi