"5-ci qoldan sonra yenə qol vurmaq istəyirdik"

1 Oktyabr 2021 12:20 Çempionlar Liqası 1 069
"5-ci qoldan sonra yenə qol vurmaq istəyirdik"

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsman Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Dinamo"(Kiyev) üzərindəki 5:0 hesablı qələbə haqda danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis Ukrayna klubu ilə görüşdə qol buraxmamaqlarından da razı olduğunu bildirib:

"Biz inamlıyıq. Aparıcı oyunçularımız oldu və ya olmadı, daha çoxuna sahib olmaq istəyirik. Hətta 5-ci qoldan sonra yenə də qol vurmaq istəyirdik.

Böyükhesablı qələbəmizdən razıyam. Erkən qoldan sonra konsentrasiyanı saxlamaq çətindi. Hər zövqdə qol vurduq. Həm də əsas odur ki, qol buraxmadıq".

Digər Xəbərlər
Xəbər Lenti