Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

11 May 2021 15:20 Çempionlar Liqası 886
Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

Çempionlar Liqasında 2020/2021 mövsümün final oyununun yeri Türkiyənin İstanbul şəhərindən alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb.

Bundan əvvəl Çempionlar Liqasının final oyununun Türkiyənin İstanbul şəhərindən alınacağı ilə bağlı xəbərləri şərh etməmişdi.

"Çelsi” və “Mançester Siti”nin üz-üzə gələcəyi həlledici görüşün London və ya Lissabonda baş tutacağı deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!