“İnsanlar finala çıxmağın asan olduğu düşünür” – Qvardiola

5 May 2021 15:20 Çempionlar Liqası 490
“İnsanlar finala çıxmağın asan olduğu düşünür” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-ni məğlub etdikləri cavab oyunundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“İnanılmaz dərəcədə qürurluyam. Bu, hər birimizin qələbəsidir. “Barselona” və “Bavariya” kimi komandaları mübarizədən kənarlaşdıran PSJ-ni hər iki oyunda məğlub etmək çox şey deməkdir. Birlikdə mübarizə apardıq və finala çıxdıq. Futbolçularım hər gün çox çalışırlar.

İlk hissədə rəqibə yüksək təzyiq göstərə bilmədik. Fasilədən sonra vəziyyət dəyişdi və topa özümüz nəzarət etdik. Daha güclü olan tərəf biz idik.

Bu uğurun sadəcə pulla əlaqəsinin olduğunu düşünürsüzsə, bir şey deyə bilmərəm. Ancaq bu uğur çox çalışmağın, əziyyət çəkməyin nəticəsində gəlir.

Biz birlikdə çalışaraq bu yerlərə gəlmişik. İnsanlar finala çıxmağın asan olduğu düşünür”.

“Mançester Siti” hər iki oyunda PSJ-ni məğlub edərək (ilk oyun 2:1, cavab oyunu 2:0), klub tarixində ilk dəfə finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!