Mbappe “Mançester Siti”yə qarşı oynaya biləcək

4 May 2021 15:20 Çempionlar Liqası 409
Mbappe “Mançester Siti”yə qarşı oynaya biləcək

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab oyununda iştirak edə biləcək.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu “şəhərlilər”lə oyunun heyətinə salınıb.

Bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb. Mbappe zədə səbəbindən Liqa 1-in “Lans”la matçını (2:1) və komandanın son məşqini buraxmışdı.

Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!