“Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi”

29 Aprel 2021 15:20 Çempionlar Liqası 489
“Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə qalib gəldikləri oyundan (2:1) sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis qələbəni şərh edib:

“Kilian Mbappe, Neymar və Anxel Di Mariyaya qarşı oynamaq asan deyil. İkinci hissə daha çox qol vura bilərdik.

Komandamın çıxışından razıyam, ancaq hələ yolun yarısındayıq. Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi.

Onların “Bavariya”ya qarşı nələr etdiklərini gördük və buna görə oyunun tempini aşağı saxladıq. PSJ mövqe oyunu baxımından bizdən qat-qat güclüdür.

Futbolçularım matçdan sonra qələbəni qeyd etmədilər və sakit qaldılar. Çünki iki oyunluq mərhələdir və hər şey ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"