Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər

8 Aprel 2021 18:40 Çempionlar Liqası 713
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin De Bröyne, İspaniya "Real Madrid"indən Vinisius Junior, Fransa PSJ-sindən Kilian Mbappe və İngiltərənin "Çelsi" komandasından Jorjinyo iddia edir.

De Bröyne evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Jorjinyo Portuqaliyada "Portu"nu 2:0 hesabı ilə yendikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Vinisius Junior İngiltərə "Liverpul"una 3:1 hesabı ilə qalib gəldikləri ev oyununda, Mbappe isə Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə üstələdikləri qarşılaşmada dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti