“Borussiya” “Mançester Siti”ni Almaniyada qəbul etməyəcək

9 Fevral 2021 01:38 Çempionlar Liqası 486
“Borussiya” “Mançester Siti”ni Almaniyada qəbul etməyəcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir matçının yerini dəyişib.

Sportinfo.az xəbər verir ki, Mönhenqladbax “Borussiya”sı İngiltərə klubu “Mançester Siti”ni Almaniyada qəbul edə bilməyəcək.

Qitə futbol qurumu komandalar arasında ilk görüşün Macarıstanın Budapeşt şəhərində baş tutmasını qərara alıb. Həmin oyun fevralın 24-də olacaq. Cavab qarşılaşması isə martın 16-da olacaq.

Bu ölkələrin digər təmsilçiləri olan “Leypsiq”lə “Liverpul” arasında Almaniyadakı qarşılaşma da fevralın 16-da Budapeştdə keçiriləcək.

Bundan başqa “Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə) oyunu Rumıniyaya (Buxarest – 23 fevral), Avropa Liqasının 1/16 final mərhələsində “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya) görüşü isə İspaniyaya (Vilyarreal – 18 fevral) salınıb.

Digər Xəbərlər
Xəbər Lenti