Ronaldonun ÇL-dəki favoritləri

30 Yanvar 2021 10:00 Çempionlar Liqası 788
Ronaldonun ÇL-dəki favoritləri

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Çempionlar Liqasında favorit hesab etdiyi klubların adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı "Mundo Deportivo"ya açıqlamasında deyib:

"Favoritlərin adını çəkmək hələ tezdir. Amma "Bavariya", "Real", "Barselona", "Mançester Siti" və möhtəşəm komandaya və Neymara sahib PSJ-ni saya bilərəm".

Çempionlar Liqasının 1/8 finalında "Leypsiq" - "Liverpul", "Barcselona" - PSJ, "Portu" - "Yuventus", "Sevilya - "Borussiya" Dortmund, "Lastio - "Bavariya", "Atletiko"- "Çelsi", "Borussiya" Münhenqladbax - "Mançester Siti" və "Atalanta" - "Real" matçları keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti