Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı – CÜTLƏR

14 Dekabr 2020 15:30 Çempionlar Liqası 1 142
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı – CÜTLƏR

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib.

Qrup mərhələsində ilk iki yeri tutanların qüvvəsini sınayacağı 1/8 finalda yalnız 6 ölkə təmsilçisi mübarizə aparacaq. İspaniya və Almaniyanın 4, İngiltərə ilə İtaliyanın 3, Fransa və Portuqaliyanın 1 komandası qalib adına iddiasını qoruyur.

2021-ci il fevralın 16-17-də və 23-24-də baş tutacaq 1/8 finalın ilk oyunlarında qrup mərhələsinin ikinci yer sahibləri ev sahibi olacaq. Qrup qalibləri isə martın 9-10-da və 16-17-də keçiriləcək cavab görüşlərinə meydan sahibliyi edəcək.

“Borussiya” (Mönhenqladbax, Almaniya) - “Mançester Siti” (İngiltərə)
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)
“Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə)
“Leypsiq” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Barselona” (İspaniya) - PSJ (Fransa)
“Sevilya” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)
“Atalanta” (İtaliya) - “Real” (İspaniya)

Digər Xəbərlər
Xəbər Lenti