Azərbaycan millisi dünya ikincisi oldu

30 Oktyabr 2023 02:50 Güləş 862
Azərbaycan millisi dünya ikincisi oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz mundialda 1 gümüş, 3 bürünc medal qazanıb.

93 xal toplayan yığmamız komanda hesabında dünya 2-cisi olub!

Türkiyə (121) birinci, Gürcüstan (78) isə üçüncü yeri tutub.

Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən U-23 dünya çempionatları tarixində ilk dəfə ikinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb.

DÇ-də Xasay Həsənli (77 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı