“Makqreqor heç vaxt Həbibə qalib gələ bilməyəcək” - Tayson

14 İyul 2019 14:36 Boks 654
“Makqreqor heç vaxt Həbibə qalib gələ bilməyəcək” - Tayson

Əfsanəvi boksçu Mayk Tayson Həbib Nurməhəmmədov – Konor Makqreqor mübarizəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, Makqreqorun heç vaxt Həbibi məğlub edə bilməyəcəyini bildirib.

“Makqreqor reklam sahəsi üzrə dahidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyir.

Məncə, Makqreqor Həbibə qalib gələ bilməyəcək. Ümumiyyətlə, o, heç vaxt Nurməhəmmədovu məğlub edə bilməyəcək.

Lakin insanlar pul verib bu döyüşü izləmək istəyirlər. Həbib üçün də bu döyüş maraqlıdı.

Çünki o da bu görüşə görə çox pul qazanacaq. Belə olan halda niyə 10 dəfə döyüşməsinlər?”

H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Las-Veqasda keçirilən döyüşdə Konor Makqreqora qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti