Daha bir azərbaycanlı 1/4 finalda - Dünya çempionatında

2 Noyabr 2021 00:00 Boks 541
Daha bir azərbaycanlı 1/4 finalda - Dünya çempionatında

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 51 kq-da çıxış edən Məsud Yusifzadə puerto-rikolu Yankiel Rivera ilə üz-üzə gəlib.

Qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılan idmançı 1/4 finala vəsiqə qazanıb. Onun bu raunddakı rəqibi tailandlı Tanarat Saenqpet olacaq.

Bu gün baş tutacaq 1/4 final görüşlərində Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Yusifzadədən başqa, Sərxan Əliyev (71 kq) Obed Bartilə (ABŞ), Alfonso Dominges (86 kq) Şarabutdin Atayevlə (Rusiya), Məhəmməd Abdullayev isə (+92 kq) Narenderlə (Hindistan) münasibətinə aydınlıq gətirəcək.

Mirşərif Kazımzadə Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançı özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb. Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!