Sportinfo.az xəbər verir ki, Ukrayna Premyer Liqasında XI turun mübarizəsi davam edir.
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası “Aleksandriya” turnir cədvəlinin son pilləsində qərarlaşan “Rux”u sınağa çəkib.
0:0 başa çatan qarşılaşmanı əvəz edilmədən keçirən Paşayev 83-cü dəqiqədə sarı vərəqə alıb. “Aleksandriya” bu nəticədən sonra 15 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.