“Karabakh is Azerbaijan”la gəldi, yumruğurnun altına saldı - VİDEO

29 Noyabr 2020 11:00 Bizimkilər 2 234
“Karabakh is Azerbaijan”la gəldi, yumruğurnun altına saldı - VİDEO

həvəskar boks millimizin sabiq üzvü, üçqat dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Məhəmmədrəsul Məcidov peşəkar rinqdə məğlubedilməzliyini qoruyub saxlayır.

34 yaşlı idmançı ABŞ-ın Florida ştatının Hollivud şəhərində keçirilmiş boks gecəsində Puerto Riko təmsilçisi Saret Delqado ilə döyüş üçün rinqə “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır”) və “Pray for Ganja” (“Gəncə üçün dua et”) sözləri yazılmış qara formada gəlib.

Sportinfo.az xəbər verir ki, o, üçüncü raundun 40-cı saniyəsində rəqibini texniki nokauta salıb.

Məhəmmədrəsul Məcidov dağıstanlı olsa da, həvəskar boksda olduğu kimi, peşəkar karyerasında da döyüşə Rusiya yox, Azərbaycan bayrağı ilə çıxır.

O, daha əvvəl – ötən il Ed Fauntini (ABŞ) və Tom Litlı (Böyük Britaniya) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!